Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.

Bu barədə AFFA məlumat yayıb.

Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçinin son iş yeri Rusiyanın “Zenit” klubu olub.