Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.
İlk oyun günündə bir matç keçirilib.
Səfərdə “Ordu” kollektivi ilə qarşılaşan “Sumqayıt” 100:96 hesablı qələbə qazanıb. Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.














