Çinin Çenqdu şəhərində keçirilən 12-ci Dünya Oyunları davam edir. Turnirdə bir neçə idman növü üzrə təmsil olunan Azərbaycan üçüncü medalını əldə edib. Tamblinq yarışlarında təmsilçimiz Tofiq Əliyev 30,500 xal toplayıb və yalnız finalda ABŞ-li idmançı Keyden Braundan geri qalaraq gümüş medala yiyələnib. Buna kimi karateçi İrina Zaretskaya və akrobatika üzrə duet — Daniyel Abbasov və Murad Rəfiyev də gümüş medal qazanıblar. Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 idman növündə 14 idmançı ilə təmsil olunur.














