Dünən Azərbaycan Basketbol Liqasında XIII turun 3 görüşü baş tutub.
A qrupunun oyununda “Neftçi” “Gəncə”ni 77:75 hesabı ilə məğlub edib. 18 xalı olan “ağ-qaralar” qərb təmsilçisini geridə qoyaraq üçüncü yerə yüksəlib. B qrupunda isə “Sumqayıt” “Quba”ya 94:90 qalib gəlibsə, “Ordu” “Sərhədçi”dən 98:82 güclü olub. Xalını 26-ya çatdıran “Ordu” öz qrupunun lideridir.
XIII tura bu gün yekun vurulacaq.














