İspaniya La liqasında XX tur start götürüb. “Real Madrid” “Bernabeu”da “Levante” ilə görüşüb.

“Kral klubu” Kilian Mbappe (penalti) və Raul Asensionun qolları ilə 2:0 qalib gəlib. Bu madridlilərin yeni çalışdırıcısı Alvaro Arbeloanın komanda ilə ilk qalibiyyəti olub.

Xalını 48-ə çatdıran “Real” lider “Barselona”dan bir xal geri qalır. Kataloniya təmsilçisi cari tur çərçivəsində sabah səfər “Real Sosyedad”la üzləşəcək.