İngiltərə Premyer liqasında XXII tura start verilib. Açılış matçında “Mançester Yunayted” “Old Trafford”da “Mançester Siti”ni qəbul edib.
Yeni baş məşqçisi Mayk Kerrikin rəhbərliyi altında ilk oyununa çıxan “qırmızı şeytanlar” rəqibini 2:0 hesabı ilə məğlub edib.
Dörd matçlıq qalibiyyətsizlik seriyasına son qoyan “Yunayted” “şəhərlilər” üzərində buna qədərki axrıncı ev qalibiyyətini 2023-cü ildə qazanmışdı. “Siti” isə artıq 4 qarşılaşmadır Premyer liqada 3 xal üzünə həsrətdir.














