Azərbaycanı Çempionlar liqasında təmsil edən “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi dünya reytinqində bir pillə geriləyib.
182,5 xalı olan ölkə çempionu 68-ci yerdən 69-cu pilləyə düşüb.
Digər komandalarımıza gəlincə, “Sabah” (93,5 xal) 252-ci sıradan 224-cü yerə, “Araz-Naxçıvan” (60,25) 486-cı pillədən 456-ya,”Neftçi” (51,25) 563-dən 553-cü sıraya yüksəlib. “Zirə” (66,75) 360-cı mövqedən 389-a, “Turan Tovuz” (45) isə 608-ci pillədən 627-yə enib.
Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə 613 xalla Fransa təmsilçisi “Paris Sen-Jermen” liderdir.


















