Qadın voleybolçuların Azərbaycan Yüksək Liqasında IX tur start götürüb. İlk oyun günündə iki matç keçirilib.
“Azərreyl” “Gənclər”i 3:1 hesabı ilə məğlub edibsə, “Abşeron” “Gəncə”dən 3:2 üstün olub.
Qeyd edək ki, turnir cədvəlinə 21 xalla “Turan” başçılıq edir. 17 xallı UNEC ikinci, ondan 2 xal geri qalan “DH Volley” üçüncüdür.














