Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Yanvarın 22-də, saat 19:00-da start götürəcək qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov hakimlik edəcəklər.
Yanvarın 24-də, saat 16:00-da başlayacaq görüşdə isə ədaləti Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov qoruyacaq.
Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.

















