İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” Sequnda təmsilçisi “Albasete”nin qonağı olub.
Alvaro Arbeloanın rəhbərliyi altında ilk oyununa çıxan “kral klubu” meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıb və kubokda mübarizəsini başa vurub.
1/8 finala bu gecə baş tutacaq “Rasinq Santander” – “Barselona” və “Burqos” – “Valensiya” görüşləri ilə yekun vurulacaq.














