Kişi voleybolçuların Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub. Son oyun günündə bir matç keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində “Gənclər”lə qarşılaşan “Murov Az Terminal” 3:0 hesablı qələbə qazanıb.
Hazırda turnir cədvəlinə 20 xalla “Neftçi” başçılıq edir. “Ağ-qaralar” “Ordu”nu 1, “Xilasedici”ni 4 xal qabaqlayır. 14 xalı olan “Murov Az Terminal” 4-cü yerdədir. 9 xallı “Azerrail” 5-ci, xalsız “Gənclər” sonuncudur.














