AFFA “İstiqlal” klubunu Region Liqasından kənarlaşdırıb.
Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ötən il dekabrın 28-də keçirilməli olan “İstiqlal” – “Sabirabad” oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb. Nəticədə “İstiqlal” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.
Bununla yanaşı, Ötən il dekabrın 29-da keçirilməli olan “Xocalı” – “Gəncə” görüşünün təkrar oynanılmasına qərar verilib. Buna səbəb hər iki komandanın oyun formasının eyni olduğuna görə matçın baş tutmamasıdır.

















