Azərbaycan II Liqasında çıxış edən “Xankəndi” İbrahim Uzuncanın klubda başqa bir vəzifəyə gedişindən sonra yeni baş məşqçisini açıqlayıb. Komandanı bundan sonra Zaur Hacıyev çalışdıracaq.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib. Hacıyev, şimal təmsilçisinin müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə UEFA Gənclər Liqasında çıxış edib.
Qeyd edək ki, Zaur Hacıyev son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi çalışıb.

















