FİBA Çempionlar liqasında debüt edəcək “Sabah” heyətini daha bir basketbolçu ilə gücləndirib. “Tələbələr” ABŞ-li Castin Tillmanı transfer edib. Hücumçu mövqeyində oynayan basketbolçu ilə 2 illik müqavilə imzalanıb. Tillman buna kimi Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.