“Barselona” “Əl-Hilal”ın futbolçusu Joau Kanselunu 2026-cı ilin iyununa kimi icarəyə götürüb.
Kataloniya klubu bu keçid üçün qarşı tərəfə 4 milyon avro ödəyib. Kanselu, “göy-qırmızılar”da “2” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu, Kanselunun “Barselona”ya ikinci gəlişidir. O, 2023/2024 mövsümündə də bu klubda çıxış edib.














