“Səbail” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.

Klub Ruslan Voronsovla mövsümün sonuna kimi imzalayıb. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Mövsümün ilk hissəsini “Şahdağ Qusar”da keçirən 30 yaşlı hücumçu cari mövsümdə 7 qola imza atıb.