Futzal üzrə Azərbaycan millisinin yanvarın 22-si və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.

Qarşılaşmalardan birincisi yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüş isə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.