Fransa Kubokunda 1/16 final mərhələsində daha bir oyun keçirilib. Turnirin son qalibi “Paris Sen-Jermen” paytaxtın digər təmsilçisi “Paris”lə üzləşib.

Görüşün taleyini bir qol həll edib. 74-cü dəqiqədə Conatan İkonenin dəqiq zərbəsi “Paris”ə qalibiyyət gətirib və onlar 1/8 finala adlayıblar.

Buna qədər ki, iki ildə kuboku başı üzərinə qaldıran PSJ isə bu məğlubiyyətlə ardıcıl ikinci mövsüm “trebl” etmək şansını qaçırıb.