“Neftçi”nin Əbu-Dabi toplanışında keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.
Misirin “Piramids” klubuna qarşı görüş yanvarın 13-də, Bakı vaxtı ilə saat 18:00-da “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq.
Qeyd edək ki, “ağ qaralar” qış fasiləsindəki ilk yoldaşlıq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gəlib. Yuri Vernidubun rəhbərliyik etdiyi komanda son oyununda Çindən “Çenqdu Ronqçenq” ilə üz-üzə gələcək.


















