Yeni mövsümə hazırlaşan “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Komandanın sabiq futbolçusu Masaki Muratanı yenidən “kimyaçılar”ın uğurları üçün çalışacaq. Son mövsümü Danimarkanın “Veyle” klubunda keçirən yaponiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, “71” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Murata 2022/23 mövsümünün ikinci yarısını və 2023/24 təqvim ilini “Sumqayıt”da keçirib. 54 oyunda meydana çıxan futbolçu, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


















