Azərbaycan yığması Çinin Çendu şəhərində keçirilən 12-ci Dünya Oyunlarında ikinci medalı qazanıb. Akrobatika gimnastikası yarışında Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü 28.730 xal toplayıb. Bu nəticə ilə onlar gümüş medal qazanıblar. İlk pilləni İspaniya, üçüncü yeri isə Portuqaliya tutub. Qeyd edək ki, buna kimi 68 kq-da mübarizə aparan karateçimiz İrina Zaretska yalnız finalda uduzaraq gümüş medal əldə edib.