“Turan Tovuz” klubunun Rumıniya təmsilçisi “Hermanştadt”la yoxlama oyunu ləğv edilib.

Bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.

Bildirilib ki, bu, tərəflərin qarşılıqlı razılığı əsasında olub.

Qeyd edək ki, matç yanvarın 10-da keçirilməli idi.