“Neftçi”də qış fasiləsində ilk ayrılıq reallaşıb. Klub braziliyalı sağ cinah vingeri Aleks Fernandes müqavilə ilə sahib olduğu “Baltika” qayıdıb.

23 yaşlı futbolçu Rusiya klubundan Bakı təmsilçisinə icarə əsasında cəlb olunsa da, mövsüm üçün təqdim edilən iştirak ərizəsinə daxil edilməyib. Yuri Vernidubun baş məşqçi postuna gəlişindən sonra da bu qərarda dəyişiklik baş verməyib.

Nəticədə, icarə müddəti başa çatan Aleks Fernandes yenidən “Baltika”ya qayıdıb. Qeyd edək ki, futbolçunun “Neftçi”yə simvolik məbləğ qarşılığında transferi mümkün idi. Ancaq “ağ-qaralar” onun tam transferinə ehtiyac duymayıb.