Azərbaycan Atletika Federasiyasını təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək “Mityng Ambasadorów” beynəlxalq yarışına təyinat alıb. Mütəxəssis texniki deleqat kimi fəaliyyət göstərəcək, yarış zamanı idmançılar üçün ədalətli rəqabət mühitinin yaradılmasına və dopinq qaydalarına əməl olunmasına nəzarət edəcək. Qeyd edək ki, atletika üzrə “Mityng Ambasadorów” turnirində dünyanın müxtəlif ölkələrindən idmançılar gücünü sınayacaq.














