Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.
Qadınların yarışında bu gün VIII turun bir görüşü baş tutacaq.
“Gəncə” evdə “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Qarşılaşma Gəncə İdman Sarayında, saat 15:00-da start götürəcək.
Kişilərin mübarizəsində isə II turdan təxirə salınan “Azərreyl” – “Gənclər” matçı baş tutacaq. Oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 16:00-da başlayacaq.














