Fransanın “Strasburq” klubunun yeni baş məşqçisi açıqlanıb.

Komanda ingiltərəli mütəxəssis Qari O`Nilə tapşırılıb.

O, bu postda “Çelsi”nin baş məşqçisi təyin olunmuş Liam Rosenyoru əvəzləyib.

Qeyd edək ki, “Strasburq” Liqa 1-də 24 xalla yeddinci pillədə qərarlaşıb.