Çinin Çenqdu şəhərində keçirilən 12-ci Dünya Oyunlarında Azərbaycan karateçisi İrinina Zaretska fəxri kürsünün ikinci pilləsinə qalxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala kimi uğurla irəliləyib. Burada isə onun rəqibi İsveç təmsilçisi Elena Quirici olub. Həlledici dueldə uduzan Zaretska yarışı gümüş medalla başa vurub. Qeyd edək ki, avqustun 17-dək davam edəcək turnirdə Azərbaycan akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növlərində 14 idmançı ilə təmsil olunur.