Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən edən “Araz-Naxçıvan” qış fasiləsində ilk transferini reallaşdırıb.

Bu barədə Naxçıvan təmailçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

Klub Jan Karlosla “5+10 aylıq” müqavilə imzalayıb. Futzalçı özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə mayda müqavilənin müddəti uzadılacaq.

Karlosun son klubu Polşa təmsilçisi “Darkomp” olub.