Eldəniz Əzizli dünya çempionatından sonra karyerasını bitirəcək
Azərbaycanın məşhur yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) bu il keçiriləcək dünya çempionatından sonra karyerasını başa vuracaq.
O, karyerası ilə bağlı qərar qəbul etdiyini vurğulayıb:
“Bu il də güləşə davam edəcəyəm. Böyük ehtimalla Avropa çempionatında iştirak etməyəcəyəm. Ancaq ilin sonunda, karyeram üçün önəmli olan dünya çempionatına qatılacağam və həmin yarışdan sonra karyeramı bitirəcəyəm”.
Qeyd edək ki, Eldəniz Əzizli 4 qat dünya və 2 qat Avropa çempionudur.
Bu il güləş üzrə dünya çempionatı 24 oktyabr – 1 noyabr aralığında Bəhreynin paytaxtı Manamada keçiriləcək. Avropa çempionatı isə aprelin 20-dən 26-dək Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.Azərbaycanın məşhur yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) bu il keçiriləcək dünya çempionatından sonra karyerasını başa vuracaq.
O, karyerası ilə bağlı qərar qəbul etdiyini vurğulayıb:
“Bu il də güləşə davam edəcəyəm. Böyük ehtimalla Avropa çempionatında iştirak etməyəcəyəm. Ancaq ilin sonunda, karyeram üçün önəmli olan dünya çempionatına qatılacağam və həmin yarışdan sonra karyeramı bitirəcəyəm”.
Qeyd edək ki, Eldəniz Əzizli 4 qat dünya və 2 qat Avropa çempionudur.
Bu il güləş üzrə dünya çempionatı 24 oktyabr – 1 noyabr aralığında Bəhreynin paytaxtı Manamada keçiriləcək. Avropa çempionatı isə aprelin 20-dən 26-dək Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.














