3×3 basketbolu üzrə milli komandaların dünya reytinqi açıqlanıb. Dünya Qadın Seriyasının Sumqayıt mərhələsində birinci yeri tutan Azərbaycan yığması aktivinə 72,556 xal əlvavə edib və 9 pillə irəliləyib. Hazırda seçməmiz 203,814 xalla 12-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinin lideri isə 519,638 xala malik Niderland millisidir. Əlavə edək ki, Azərbaycanı qarşıda Dünya Qadın Seriyasının Səbail etapında mübarizə gözləyir. 16 kollektivin iştirak edəcəyi yarış 23-24 avqust tarixlərində keçiriləcək.