İtaliya A Seriyasında XVIII turun oyunları keçirilir. Son çempion “Napoli” səfərdə “Latsio” ilə qarşılaşıb.

Ev sahiblərinin iki, qonaqların bir qırmızı vərəqə aldığı görüş Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Napoli” 2022-ci ildən bəri ilk dəfə rəqibini məğlub edib.

Bu nəticədən sonra xallarını 37-yə çatdıran Antonio Kontenin çalışdırdığı kollektiv ikinci pilləyə yüksəlib. Lider isə 38 xalla “Miland”dır.