“Araz-Naxçıvan” Elmar Baxşıyevin gedişindən sonra boş qalan baş məşqçi postuna Andrey Demçenkonu gətirib.
Klub ukraynalı mütəxəssislə daha bir il uzatmaq imkanı ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq Zaporojye”, “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, həmçinin Özbəkistanın “Obod”, Gürcüstanın “Dila”, “Dinamo Batumi” və Qazaxıstanın “Jenis” komandalarına rəhbərlik edib.

















