“Qarabağ”ın qış təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Toplanışın Türkiyənin Antalya şəhərində baş tutacaq ikinci mərhələsində “köhlən atlar” ilk yoxlama oyununda, yanvarın 12-də Özbəkistandan “Neftçi Fərqanə” ilə üz-üzə gələcək. Ağdam klubu növbəti matçda, yanvarın 16-sı Polşanın “Zaqlebie” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununda yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində Almaniya təmsilçisi “Ayntraxt”la qarşılaşacaq.


















