“Sumqayıt” qış təlim-məşq toplanışı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

“Gənclik şəhəri” təmsilçisi yanvarın 3-17-si aralığında Lara bölgəsində hazırlıq keçəcək.

Saşa İliçin çalışdırdığį kollektiv bu müddətdə 3 yoxlama oyununa çıxacaq. “Sumqayıt” yanvarın 9-da Macarıstanın “Pakş”, 12-də Serbiyanın “OFK Belqrad”, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq.