İngiltərə təmsilçisi “Vest Hem” Portuqaliyanın “Jil Visente” klubundan Pablu Felipeni transfer edib.
“Çəkicdöyənlər” bu keçid üçün 23 milyon avro ödəyib. 22 yaşlı braziliyalı hücumçu ilə 4 il yarımlıq müqavilə imzalanıb. Müqavilənin müddəti daha bir il də uzadıla bilər.
Qeyd edək ki, Felipe cari mövsüm Portuqaliya çempionatında 13 oyuna 10 qol vurub və 1 məhsuldar ötürmə edib.














