Tarixində ilk dəfə FİBA Çempionlar liqasında mübarizə aparacaq “Sabah” növbəti transferini həyata keçirib. “Tələbələr” ABŞ-li Kit Cordanın keçidini rəsmiləşdirib. 27 yaşlı oyunçu ilə iki illik müqavilə imzalanıb. 198 sm boya malik Cordan son mövsümü Slovakiyanın “Pryevidza” kollektivində keçirib. Bundan əvvəl o, İslandiya və Dominikan Respublikası klublarında çıxış edib.