“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib. Qərb təmsilçisi türkiyəli oyunçu Aysu Elvereni heyətinə qatıb.

21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi “Qyinotsi” olub. Elveren daha əvvəl ölkəsinin “Çanaqqala Bələdiyəspor”, “Ortakçı Orxaniyəspor”, “Baxçalıevlər Bələdiyəsi” və “Vakıfbank” komandalarında çıxış edib.