“Transfermarkt” portalı hazırda dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısını açıqlayıb.
Siyahının ilk pilləsində 160 milyonluq qiymətlə “Real Madrid”in və İngiltərə millisinin 22 yaşlı üzvü Cud Bellinqem qərarlaşıb.
İkinci pillədə “Barselona”nın 23 yaşlı ispaniyalı futbolçusu Pedri (140 milyon avro) mövqe tutub. “Bayern Münhen”dən 22 yaşlı yarımmüdafiəçi Camal Musiala (130 milyon avro) ilk üçlüyü tamamlayıb.
Qeyd edək ki, ilk “10-luq”da həmçinin Koul Palmer (“Çelsi”, 120 milyon avro), Federiko Valverde (“Real Madrid”, 120 milyon avro), Deklan Rays (“Arsenal”, 120 milyon avro), Moyzes Kaysedo (“Çelsi”, 110 milyon avro), Joau Neveş (PSJ, 110 milyon avro), Florian Virtz (“Liverpul”, 110 milyon avro) və Vitinya (PSJ, 110 milyon avro) yer alıblar.














