Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda qrup mərhələsinin III turu geridə qalıb. Bununla da pley-off etapına adlayan bütün komandalar bəlli olub.
Pley-off-un yarımfinala gedən sol yolunda Mali – Tunis cütünün qalibi Seneqal – Sudan qarşılaşmasının güclüsü ilə, Misir – Benin üzləşməsinin uğurlu tərəfi isə Kot D’İvuar – Burkina Faso cütündə qələbə qazanacaq milli ilə qarşılaşacaq.
Sağ yolda isə CAR, Kamerun komandalarından biri Mərakeş-Tanzaniya oyununun sevinən tərəfi ilə, Əlcəzair və Konqo DR millilərinin müəyyənləşdirəcəyi qalib isə Nigeriya – Mozambik matçından üzü ağ çıxacaq komanda ilə görüşəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 3-ü start veriləcək.














