Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
Azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov 2730 xalla 19-cu pillədə qərarlaşıb.Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) 78-ci mövqedədir. 2628 xallį Aydın Süleymanlı (2628) isə 101-ci yeri tutur. Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2840) başçılıq edir.
Qadınlardan ən yaxşı nəticə Ülviyyə Fətəliyevadadır. O, 2434 xalla 27-cidir. Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva isə (2351) 90-cı pillələri tutublar. Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2613) birincidir.














