Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.

Norveçli qrossmeyster finalda Özbəkistandan Nodirbek Abdusattorovu 2,5:1,5 hesabı ilə məğlub edib. Qeyd edək ki, Karlsen 9-cu dəfə bu titula yiyələnib.

Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 12,5 xalla Teymur Rəcəbov göstərib və 12-ci yeri tutub.