Misli Premyer Liqasının 2025/2026 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub. Onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.

“Qəbələ” və “Karvan-Yevlax”da 14 debütantla bu göstəricidə birincidirlər. “İmişli”də 13, “Kəpəz”, “Neftçi” və “Şamaxı” hərəyə 10 yeni futbolçu ölkə çempionatında oynamaq şansı qazanıb. “Sumqayıt”da 8, “Sabah”da 7, “Qarabağ”da 6, “Turan Tovuz”la “Araz-Naxçıvan”da 4 debüt gerçəkləşib. “Zirə”də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.

12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. “Qəbələ” bu göstəricidə liderdir – 5 oyunçu. “Şamaxı”da 4, “İmişli”də 3, “Kəpəz”lə “Karvan-Yevlax”ın hərəsində 2, “Sumqayıt”da 1 azərbaycanlı ilk dəfə elitada oynamaq şansı əldə edib.