“Formula 1” üzrə dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2025 mövsümü üçün ən yaxşı sürücüləri seçiblər.
“Red Bull”un niderlandlı pilotu, son çempionatı ikinci bitirən Maks Ferstappen ilk pilləyə layiq görülüb. O, ardıcıl beşinci dəfə belə nəticəyə imza atıb.
Son dünya çempionu “Maklaren”dən Lando Norris ikinci, onun komanda yoldaşı Oskar Piastri üçüncü olub. “Mercedes”in üzvü Corc Rassel ötən ilə müqayisədə iki pillə irəliləyərək dördüncü yeri tutub. “Aston Martin”dən Fernando Alonso ilk beşliyi qapayıb.














