“Turan Tovuz” futbolçusu Veysəl Rzayevlə yolları ayırıb. Tərəflər arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022/2023 mövsümündən “Turan Tovuz”un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Misli Premyer Liqasında 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.
















