Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün müəyyənləşdirdiyi qadağan edilmiş maddələrin siyahısı yanvarın 1-dən qüvvəyə minəcək. Siyahı Azərbaycan dilinə tərcümə olunub.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən – hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.














