Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.

Norveçli qrossmeyster 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi adını qazanıb. O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə şahmatın rapid növündə dünyanın ən güclüsü adını əldə edib.

Neytral bayraq altında çıxış edən Vladislav Artemyev ikinci, hindistanlı Arjun Erigaysi üçüncü olub. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə 9 xalla 6-13-cü yerləri bölüşüb.