UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Levski” (Bolqarıstan) ilə qarşılaşan “Sabah” məğlub olub.

Georgi Asparuxov adına stadionda keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Yeganə qol qarşılaşmanın 90+8-ci dəqiqəsinə təsadüf edib. Borislav Rupanov adını tabloya yazdırıb.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də Əlincə stadionunda baş tutacaq. Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.