Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub.

Son oyun günündə bir matç keçirilib. NTD-ni qəbul edən “Neftçi” 106:89 hesablı qalibiyyətə sevinib.

Hazırda A qrupuna 19 xalla “Abşeron Lions” başçılıq edir. Bir oyun az keçirən və liderdən 2 xal geri qalan “Sabah” ikincidir. “Neftçi” və “Gəncə” 14 xalla 3-4-cü pillələri bölüşürlər. B qrupunda isə 20 xalı olan “Ordu” ilk yeri tutur və ən yaxın izləyicisi “Naxçıvan”ı 2 xal qabaqlayır.