Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib. Onlar 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar.

Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Bununla yanaşı, turnirdə iştirak edən digər paralimpiyaçı uşaqlara sertifikat və hədiyyələr təqdim edilib.