Bu gün Misli Premyer liqasının XVI turu çərçivəsində daha iki matç baş tutub.
Saat 15:00-da başlayan görüşdə “Qəbələ”nin qonağı olan “Qarabağ” hesabda geri düşsə də yekunda 2:1 hesablı qələbə qazanıb. Bununla da xalını 36-ya çatdıran Ağdam klubu ən azı bir günlük “Sabah”ı 2 xal qabaqlayaraq birinci pilləyə yüksəlib.
İkinci matçda “Şamaxı”nı qəbul edən “Araz-Naxçıvan” 2:0 qalib gəlib. 26 xalı olan “Araz-Naxçıvan” 6-cı yerdə mövqe tutubsa, “Şamaxı” 20 xalla 7-ci pillədə qərarlaşıb.
XVI tura sabah keçiriləcək “Sumqayıt” – “Sabah” görüşü ilə yekun vurulacaq.


















